Aİ Qrenlandiyaya iqtisadi dəstəyi ikiqat artıracaq

 18:25 02.10.2025     196

Avropa İttifaqı Qrenlandiyaya iqtisadi dəstəyi iki dəfə artıracaq.

Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen özünün “X” hesabında yazıb.

“Avropa və Qrenlandiya həmişə bir-birinin etibarlı tərəfdaşı olacaq. Biz əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Buna görə də Qrenlandiyaya iqtisadi dəstəyimizi ikiqat artırmağı hədəfləyirik. Beləliklə, təmiz enerji təmin edə və gələcəyin texnologiyalarını yarada bilərik”, - Ursula von der Leyen qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən