AŞPA qətnamələri Gürcüstan üçün dəyər kəsb etmir - Kobaxidze
“Qətnamə obyektiv qiymətləndirmələrə əsaslanmırsa, Gürcüstan cəmiyyəti üçün heç bir dəyər kəsb edə bilməz”.
Redaktor.az xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze AŞPA-da ölkə ilə bağlı təqdim olunan qətnamə layihəsini jurnalistlərə şərh edərkən deyib.
O, Gürcüstanın AŞPA-dakı hazırkı vəziyyətə münasibətinin hamıya yaxşı məlum olduğunu bildirib.
“Bu münasibət bizim AŞPA-da fəaliyyətimizi dayandırmağımızda özünü göstərir. Vəziyyət həqiqətən də faciəvidir, öncəki qətnamə də bu ağır durumu əks etdirirdi”, - İ.Kobaxidze söyləyib.












