İranda sərnişin avtobusu aşdı - 4 nəfər öldü

 11:59 03.10.2025     190

İranda Dəmavənd-Firuzkuh yolunda hərəkət edən sərnişin avtobusu vadiyə aşıb.

Redaktor.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, Dəmavənd-Firuzkuh yolu Tehranı Mazandaran əyaləti ilə birləşdirir.

Vumart və Güvən reklamı Vumart Güvən