"Avropa İttifaqı ölkələri Ukraynanın taleyini paylaşmamalıdır" - Orban
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına qəbul edilməməli olduğunu bildirib. O, bunu ölkələrinin ağır taleyi bölüşməməsi üçün zəruri hesab edir.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Orban radio Kossuth-a verdiyi açıqlamada deyib: “Əgər siz kimsə ilə eyni ittifaqda olursunuzsa, onun taleyini də paylaşmalısınız. Ukrayna çox ağır taleyi olan bir ölkədir. Niyə biz bu ağır taleyi paylaşmalıyıq?”
Baş nazirin fikrincə, Avropa İttifaqına üzvlük yalnız ölkələrin siyasi və iqtisadi yükünü artırmaqla yanaşı, onları daha mürəkkəb vəziyyətlərə də gətirə bilər.
Nuriyyə NATİQQIZI













