"Sumud" donanmasındakı Türkiyə vətəndaşları sabah ölkəyə qayıda BİLƏR

 00:31 04.10.2025     355

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan və İsrailin ələ keçirdiyi "Sumud" donanmasındakı vətəndaşlarının oktyabrın 4-də xüsusi təyyarə ilə ölkəyə qayıda biləcəklərini açıqlayıb.

Redaktor.az məlumatına görə, XİN sözçüsü Öncü Keçeli bildirib ki, Türkiyə vətəndaşlarının ölkəyə gətirilmələri üçün müxtəlif alternativlər var:

"Hazırda mümkün variantlardan biri də onların sabah xüsusi təyyarə ilə geri gətirilmələridir".

Vumart və Güvən reklamı Vumart Güvən