ABŞ narkotik yüklü daha bir qayığı məhv ETDİ

 01:40 04.10.2025     266

ABŞ ordusu Venesuela sahillərində beynəlxalq sularda narkotik daşıyan daha bir qayığı məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, kəşfiyyat qayığın narkotik daşıdığını, göyərtəsində olan şəxslərin narko-terrorçu olduğunu və məlum tranzit marşrutu ilə fəaliyyət göstərdiyini təsdiqləyib.

Nazir əlavə edib ki, zərbə nəticəsində qayıqda olan dörd narkotik kartelinin üzvü öldürülüb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən