İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır - Tramp

 10:49 04.10.2025     250

ABŞ Prezidenti Donald Tramp HAMAS hərəkatının sülhə hazır olduğuna əmin olduğunu bildirib və İsraili Qəzza zolağının bombardman etməyi dərhal dayandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında yazıb.

"HAMAS-ın indicə yaydığı bəyanatı nəzərə alaraq, onlar davamlı sülhə hazırdırlar. İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək", - Tramp bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən