Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirəcək
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 19-cu raundu çərçivəsində daha 120 tankeri sanksiyalar siyahısına əlavə etməyi planlaşdırır.
Redaktor.az bildirir ki, "EUobserver"in müvafiq sənədlərə istinadla verdiyi məlumata görə, söhbət Rusiyanın “kölgə donanması” adlandırılan tankerlərdən gedir. Məqalədə deyilir ki, bununla da sanksiya tətbiq edilən gəmilərin sayı 568-ə çatıb.
Qeyd olunur ki, söhbət Adonia, Apate, Apus, Aquilla II, Bolu, Briont, Ethera, Everdine, Leona, Manaslu, Myra, Nemrut, Omni (indiki adı Evali), Samos, Tagor və Tassos tankerlərindən gedir.
Xatırladaq ki, sentyabrın 30-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiya paketi enerji resurslarına, xüsusilə mayeləşdirilmiş təbii qaza, həmçinin maliyyə xidmətləri və ticarətə qarşı tədbirləri əhatə edəcək.
Turan İSMAYIL












