İsrail və HAMAS dolayı danışıqlar APARACAQ

 21:23 04.10.2025     309

İsrail və HAMAS hərəkatının nümayəndə heyətləri 5-6 oktyabr tarixlərində Misirdə dolayı danışıqlar aparacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinə görə, tərəflər ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planına uyğun olaraq israilli girovların fələstinli məhbuslarla mübadiləsi üçün müvafiq şəraitin yaradılmasını müzakirə etməyi planlaşdırır.

Vumart və Güvən reklamı Vumart Güvən