HƏMAS və İsrail arasında danışıqlar oktyabrın 6-da baş tutacaq - Misir XİN

 02:25 05.10.2025     301

Oktyabrın 6-da Misirdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların yeni raundu keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Oktyabrın 6-da Misirdə HƏMAS və İsrail nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın planına (Qəzza zolağında münaqişənin həlli üçün - red.) uyğun olaraq israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün şərait yaradılmasını müzakirə etməyi planlaşdırır", - XİN-in Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən