HƏMAS-ın silahsızlaşdırılması ya Trampın təklifi, ya da hərbi əməliyyatla reallaşdırılacaq - Netanyahu

 23:39 04.10.2025     226

İsrail danışıqçıları əsirlərin azad edilməsi ilə bağlı təfərrüatları yaxın zamanda tamamlayacaqlar.

Redaktor.az "Al Jazeera"yə istinadən xəbər verir ki,  bunu İsrail Baş naziri Binyamin Netanyahu jurnalistlərə açıqlamasında deyib.

İsrail Baş naziri bildirib ki, danışıqçılar Trampın Qəzza planı çərçivəsində əsirlərin azad edilməsi üçün vaxt cədvəli üzərində işləyəcəklər.

Netanyahu həmçinin qeyd edib ki, ABŞ-nin təklifinə HƏMAS-ın silahsızlaşdırılması da daxildir. O əlavə edib ki, siahsızlaşdırma ya Trampın təklifi, ya da İsrail hərbi əməliyyatı vasitəsilə əldə olunacaq.

"Bütün hallarda, bu əldə ediləcək", - deyə Netanyahu bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən