HƏMAS silahları təhvil verəcəyi ilə bağlı iddiaları təkzib etdi

 23:13 05.10.2025     255

HƏMAS siyasi bürosunun üzvü Mahmud Mardavi mətbuatda hərəkatın ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planının bir hissəsi olaraq silahları yerə qoymağa razı olduqları barədə yayılan xəbərləri təkzib edib.

Redaktor.az xəbər verir ki, bəyanat Fələstin qrupunun "Telegram" kanalında dərc olunub.

"Mahmud Mardavi Qəzza zolağında atəşkəs danışıqlarının gedişi və hərəkatın silahların təhvil verilməsi ilə bağlı mövqeyi ilə bağlı "Al Hadath" televiziyası və bəzi digər KİV-lərin səsləndirdiyi yalan iddiaları təkzib edib", - deyə məlumatda bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən