Qırğızıstanda güclü zəlzələ baş verdi

 04:21 06.10.2025     208

Qırğızıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Cəlal-Abad vilayətinin Çatkal rayonunun Kanış-Kiya kəndindən 45 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən