Fransanın baş naziri istefasının səbəbini AÇIQLADI

 15:35 06.10.2025     230

Fransanın bu gün vəsifədən gedən baş naziri Sebastian Lekornu istefasının səbəbini açıqlayıb.

Redaktor.az xəbər verir ki, ''France 24''ün məlumatına görə, Lekornu bildirib ki, istefa verməsinə səbəb vəzifədə qalması üçün şərtlərin yerinə yetirilməməsidir.

"Baş nazir kimi vəzifələrimi yerinə yetirməyim üçün şərtlər yerinə yetirilmədi", - deyə Lekornu qedy edib. Eks-baş nazir onu istefaya məcbur etdiyini bildirən fraksiyaların "partizan iştahlarını" qınayıb.

Lekornu siyasi partiyaları barışmazlıqda ittiham edib:

“Mən güzəştə getməyə hazır idim, lakin hər bir siyasi partiya digərinin öz proqramını tam şəkildə qəbul etməsini istəyirdi”.

O dolayısı ilə daxili işlər naziri Bruno Retaillonu və adlarını çəkmədən Respublikaçılar partiyasını tənqid edib.

Vumart və Güvən reklamı Vumart Güvən