Şarjda olan telefonu ilə danışarkən cərəyan vuraraq ÖLDÜ
Rusiyanın Çelyabinsk şəhərində 16 yaşlı yeniyetmə telefonunu enerjidə olduğu halda anasına zəng edərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, həmin vaxt yeniyetmə evdə yalnız nənəsi ilə birlikdə olub. Təhlükəli vəziyyət yaranan zaman o, ciddi əl yanığı alıb və hadisə yerində xilas edilməsi mümkün olmayıb.
Nuriyyə NATİQQIZI













