"Ukrayna Avropa İttifaqına Orbanın razılığı ilə də, olmadan da üzv olacaq" - Zelenski

 17:57 06.10.2025     199

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi Avropa İttifaqına Macarıstanın baş naziri Viktor Orbanın dəstəyi ilə də, olmadan da üzv olacaq. Onun sözlərinə görə, hazırda prosesin qarşısını yalnız Orban alır və bu, geri dönməz bir addımdır.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Zelenski vurğulayıb ki, Macarıstan baş nazirinin bu mövqeyi Ukraynaya qarşı ədalətsizdir və bu halda ya prosedura dəyişiklik edərək digər üzv dövlətlər, o cümlədən Niderland vasitəsilə məsələni həll etmək, ya da bütün ölkələrin təzyiqi ilə Orbanı razılığa gətirmək lazım gələcək.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən