NATO Litvada hərbi təlimlərə BAŞLADI

 22:46 06.10.2025     260

Litvada NATO üzvü 8 ölkənin təxminən 3 min əsgərinin cəlb olunduğu genişmiqyaslı hərbi təlimlər start götürüb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, təlimlər oktyabrın 18-dək planlaşdırılıb.

Hərbi təlimlərdə Litva ilə yanaşı Belçika, Almaniya, Lüksemburq, Niderland, Norveç, Çexiya və Xorvatiyadan bölmələr iştirak edir.

Təlimlərdə təxminən 650 ədəd texnika – tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli transportyorlar istifadə olunur.

Hərbi təlimlər Belarus sərhədindən təxminən 15 km aralıqda yerləşən “Pabrade” mərkəzi poliqonunda həyata keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən