Sumud donanmasındakı fəalların göyərtəsində olduğu təyyarə Afinaya eniş ETDİ

 22:58 06.10.2025     327

İsrail tərəfindən saxlanılaraq deportasiya edilən Sumud donanmasının üzvlərinin olduğu təyyarə Afinaya eniş edib.

Redaktor.az xəbər verir ki, bu haqda Yunanıstanın Xarici İşlər Nazirliyi məlumat verib.

"Xarici İşlər Nazirliyinin himayəsi və Yunanıstanın Təl-Əvivdəki səfirliyinin koordinasiyası ilə Qlobal Sumud Donanmasında iştirak edən 27 Yunanıstan vətəndaşı xüsusi reyslə Afinaya çatıb. Yuxarıda qeyd olunan reyslə həmçinin 15 Avropa ölkəsindən olan 134 nəfərin də ölkəmizə gəlişi təmin olunub", - XİN-in məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən