Ankarada sosial şəbəkədə silah paylaşımları edən 23 nəfər saxlanıldı

 10:17 07.10.2025     186

Ankara Baş Prokurorluğu sosial şəbəkələrdə silahla paylaşım edən şəxslərə qarşı istintaq başladıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma çərçivəsində polis sosial mediada silahla atəş açaraq görüntüləri paylaşan və bir-birinə meydan oxuyan şəxsləri müəyyənləşdirib.

Səhər saatlarında xüsusi təyinatlı polis dəstəyi ilə müəyyən ünvanlara keçirilən əməliyyat nəticəsində, müxtəlif cinayətlər üzrə qeydiyyatı olan 23 şübhəli saxlanılıb.

Əməliyyat zamanı 8 ədəd sənədsiz tapança da götürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən