Sərxoş sərnişin taksi sürücüsünə hücum ETDİ

 14:20 07.10.2025     222

Rusiyanın Saratov vilayətinin Əngəls şəhərində sərxoş sərnişin taksi sürücüsünə hücum edib. 

Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.

Məlumata görə, 55 yaşlı taksi sürücüsü ilə sərxoş vəziyyətdə olan sərnişin arasında gediş haqqı ilə bağlı mübahisə yaranıb. Mübahisə zamanı kişi travmatik tapançanı çıxararaq sürücünün baş nahiyəsinə zərbələr endirib. Nəticədə sürücü xəsarət alıb və ona tibbi yardım göstərilib.

Hadisə ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 38 yaşlı, əvvəllər məhkum olunmuş Əngəls sakini saxlanılıb. Onun üzərindən travmatik tapança götürülüb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən