Fransanın sabiq baş naziri Makronu istefaya ÇAĞIRDI
Fransanın keçmiş baş naziri və prezident Emmanuel Makronun siyasi müttəfiqi Eduar Filipp dövlət başçısını istefaya çağırıb. O, bununla ölkədəki dərin siyasi böhrana son qoymağın vacibliyini vurğulayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
“Fransa bu siyasi böhrandan nizamlı və ləyaqətli şəkildə çıxmalıdır. Daha 18 ay (Makronun səlahiyyət müddətinin sonuna qədər) bu vəziyyətin davam etməsi çox uzun vaxtdır”, – deyə Filipp bildirib.
Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri nəticəsində sabit hökumətin formalaşmaması riski böyükdür və bu, vəziyyəti daha da ağırlaşdıra bilər.
Nuriyyə NATİQQIZI













