Slovakiya ilk dəfə Ukraynaya mina təmizləmə texnikası göndərəcək

 17:34 07.10.2025     184

Slovakiyanın daxili işlər naziri və “Hlas-Sosial Demokratiya” partiyasının lideri Matuş Şutay-Eştok bildirib ki, Slovakiya ilk dəfə olaraq Ukraynaya mina təmizləmə texnikası təqdim edəcək.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Nazirin sözlərinə görə, bu, Slovakiya hökumətinin 2023-cü ildən bəri Ukraynaya göstərdiyi ilk humanitar yardım olacaq. O, bu barədə partiyasının YouTube kanalında yayımlanan videomüraciətində məlumat verib.

Şutay-Eştok vurğulayıb ki, ölkəsi Ukraynaya hərbi texnika göndərmək niyyətində deyil:

“Biz Ukraynaya heç bir silah göndərməyəcəyik,” - deyə o bildirib.

Mina təmizləmə texnikasının göndərilməsi qərarı baş nazir Robert Fitso hökuməti tərəfindən təsdiqlənib. Fitso oktyabrın 7-də açıqlayıb ki, Slovakiya və Ukrayna hökumətləri arasında 17 oktyabrda Mixalovçe şəhərində görüş keçiriləcək.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən