Türkiyə kəşfiyyatının rəhbəri Misirə GEDİR

 20:51 07.10.2025     275

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın 8 oktyabr tarixində Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza atəşkəs danışıqlarında iştirak edəcək.

Redaktor.az xəbər verir ki, danışıqlarda əsas mövzular Qəzzada atəşkəsin təmin olunması, girov, məhbus mübadiləsi mexanizmləri və humanitar yardımların fasiləsiz çatdırılması olacaq.

Qeyd edək ki, İbrahim Kalın görüşlərdən əvvəl ABŞ, Misir, Qətər və HAMAS rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

Vumart və Güvən reklamı Vumart Güvən