Rubio Parisdə Qəzza ilə bağlı görüşdə iştirak edəcək

 18:35 08.10.2025     286

ABŞ dövlət katibi Marko Rubio sabah Parisdə Qəzza ilə bağlı keçiriləcək nazirlər səviyyəsində görüşdə iştirak edəcək.

Redaktor.az xəbər verir ki, “The Jerusalem Post” bu barədə üç diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, sabahkı görüş Misirdə İsrail və HƏMAS nümayəndə heyətlərinin görüşü ilə paralel olaraq keçiriləcək.

Parisdə təşkil ediləcək konfransda isə Qəzzada müharibədən sonrakı idarəçilik sistemi müzakirə olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən