Hindistan Rusiyadan aldığı neftin ödənişini yenidən yuanla etməyə başladı
Hindistanın ən böyük dövlət şirkətlərindən biri olan Indian Oil Rusiyadan neft tədarüklərinin ödənişini yenidən yuanla etməyə başlayıb
Redaktor.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, şirkət artıq Rusiya ilə bir neçə əməliyyat həyata keçirib və onların ödənişini Çin valyutası ilə – yuanla edib. Neft partiyalarının dəyəri hələ də ABŞ dolları ilə göstərilsə də, hesablaşmalar yuanla aparılır. Bu isə əməliyyatları sadələşdirir və Moskva ilə Yeni Dehli arasında ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir.
Xədicə BAXIŞLI













