ABŞ və İran mümkün razılaşma ilə bağlı müzakirələr aparır

 09:20 09.10.2025     203

ABŞ və İran ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra mümkün razılaşmanı müzakirə edirlər.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

"Bunu (İranın nüvə obyektlərinə zərbələr – red.) etdikdən sonra biz indi elə bir nöqtədəyik ki, İran, mən və bəzi başqa adamlar sazişi müzakirə edirik. Bu, çox fərqli İrandır", - o deyib. 

Qeyd edək ki, 2025-ci ildə İran və ABŞ arasında nüvə danışıqlarının beş raundu heç bir razılaşma olmadan başa çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən