Ukrayna Rusiyanı təkbaşına geri oturda bilməz - Aİ rəsmisi

 10:57 09.10.2025     270

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ukrayna Rusiyanı təkbaşına geri oturda bilməyəcək. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Kallasın sözlərinə görə, Ukraynanın öz torpaqlarını geri qaytarmaq iradəsi var, lakin bunun üçün Qərbin davamlı dəstəyinə ehtiyac duyur:

“Ukrayna daha çox ərazisini azad edə və Rusiyanı bir qədər də geri sıxışdıra bilər. Amma, əlbəttə, bunu təkbaşına edə bilməz. Buna görə də biz dəstəyimizi artırmalıyıq. Ukrayna nə qədər hərbi cəhətdən güclü olsa, danışıqlar masasında da bir o qədər güclü olacaq".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən