Serbiyanın şirkəti ABŞ-nin sanksiyalarının qüvvəyə mindiyini AÇIQLADI

 12:05 09.10.2025     278

Serbiyanın “Neft sənayesi Serbiyası” (NIS) şirkəti bildirib ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar artıq qüvvəyə minib. Şirkətin məlumatına görə, yeni möhlət almaq mümkün olmayıb.

Redaktor.az şirkətin rəsmi saytında məlumat dərc olunub.

Qeyd olunur ki, şirkət ABŞ Maliyyə Nazirliyindən fəaliyyətini davam etdirmək üçün tələb olunan xüsusi lisenziyanı ala bilməyib.

Hazırda NIS-in 29,87 faizi Serbiyaya, 44,85 faizi “Qazprom neft”ə, 11,3 faizi isə “Qazprom”a məxsusdur. Məhz bu mülkiyyət strukturu ABŞ tərəfindən ilin əvvəlində sanksiyaların tətbiqinə səbəb olub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən