İsrail türk deputatları Azərbaycana deportasiya etdi - YENİLƏNİB
İsrail əsgərlərinin saxladığı 3 türk millət vəkili Azərbaycana deportasiya edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Bildirilir ki, deputatlar ölkəmizdən Türkiyəyə geri qayıdacaqlar.
***
İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
Onun sözlərinə görə, üç deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola salınıb.
XİN rəsmisi qeyd edib ki, digər Türkiyə vətəndaşları üçün rəsmi Ankaranın fəaliyyəti davam edir.













