Avropa Qəzza zolağına sülhməramlıların göndərilməsini müzakirə edəcək
İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən sonra Avropa ölkələri Qəzza zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın ''Sky News'' telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Avropanın aparıcı ölkələrinin xarici işlər nazirləri Parisdə görüşəcəklər. Görüşdə Qəzza zolağının müharibədən sonrakı bərpası və regionda dayanıqlı sülhün təmin olunması üçün Avropanın rolu müzakirə ediləcək.
''Sky News''un məlumatına görə, görüşün əsas gündəm mövzularından biri də Qəzzada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi perspektivləri olacaq.
Aminə ŞAHSUVARQIZI













