“Qərb Rusiyaya qarşı qaz müharibəsi başladıb” - Zaxarova
"Qərb ölkələri Rusiyaya qarşı “qaz müharibəsi” aparır və bunun üçün antirusiya yönümlü məlumatları ingilisdilli mediada yayır".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq Qaz Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ingilisdilli KİV-lər böyük pullar qarşılığında Rusiyanın enerjini silah kimi istifadə etdiyi fikrini yayaraq ictimai rəyi manipulyasiya ediblər:
“Bu, sadəcə təbliğat deyil, eyni zamanda qərəzliliyin və hətta cinayətlərin göstəricisidir”.
Nuriyyə NATİQQIZI













