ABŞ Qəzzada atəşkəsə nəzarət EDƏCƏK
İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəslə bağlı prosesə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, onun kürəkəni Cared Kuşnerin qoşulmasından sonra vəziyyət dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadla xəbər verib.
Mənbələrin sözlərinə görə, danışıqlar əvvəlcə çox ləng gedirdi və tərəflər əsas məsələlərdə güzəştə getməyə meylli deyildilər. Lakin Kuşner və Uitkoffun Şarm əl-Şeyxə gəlməsindən sonra proses xeyli sürətlənib və tərəflər irəli sürülən şərtləri qəbul etməyə hazır olduqlarını göstəriblər.
Politico qeyd edir ki, bu, Tramp administrasiyasının həm İsrailə, həm də HƏMAS-a təzyiqini artırdığını nümayiş etdirir. Məlumata görə, Uitkoff və Kuşner həftəsonuna qədər İsraildə qalaraq Qəzza ilə bağlı sülh razılaşmasının ilk mərhələsinin həyata keçirilməsinə nəzarət edəcəklər.
Aytəkin TOFİQQIZI













