“Rusiya Alyaskada müzakirə olunan prinsiplər əsasında fəaliyyət qurur” - Putin
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva ilə Vaşinqton arasında Alyaskada keçirilən danışıqlarda müzakirə olunan prinsiplər əsasında Ukrayna ilə münaqişənin tənzimlənməsi istiqamətində iş aparılır.
Redaktor.az rus mediasına istinadla xəbər verir ki, bu barədə o, MDB dövlət başçılarının dar tərkibli iclasında çıxışı zamanı deyib.
Putinin sözlərinə görə, o, artıq bəzi həmkarlarını Ankoricdə baş tutan danışıqların nəticələri barədə məlumatlandırıb.
“Bizim hələ dar çərçivədə bir araya gəlmək imkanımız olacaq və mən həmin formatda sizi əldə etdiyimiz nəticələrlə daha ətraflı tanış etmək istərdim. Ümumilikdə, bu nəticələri müsbət qiymətləndiririk”, – deyə dövlət başçısı vurğulayıb.
Nuriyyə NATİQQIZI













