Ermənistanda kilsədə qətl oldu

 16:45 11.10.2025     280

Ermənistanın Kotayk vilayətində, Çarentsavan şəhərindəki kilsədə qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. 

Xəbərə görə, oktyabrın 11-də, günorta Çarentsavan şəhərindəki kilsədə 57 yaşlı şəxs bıçaqlanaraq öldürülüb. 

Hadisə vida mərasimi zamanı baş verib. Şübhəli kimi 26 yaşlı gənc saxlanılıb, onun psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən