İsrail və ərəb ordusu əməkdaşlığı gücləndirir

 23:39 11.10.2025     303

Son üç ildə İsrail və altı ərəb dövlətinin hərbçiləri ABŞ-ın yardımı ilə İran təhlükəsi də daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlığı gizli şəkildə genişləndiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.

“ABŞ-ın sızdırılmış sənədləri göstərir ki, əsas ərəb dövlətləri hətta Qəzzadakı müharibəni tənqid edərkən belə, İsrail ordusu ilə təhlükəsizlik sahəsində əməkdaşlığını sakitcə artırırlar”, - məlumatda deyilir.

Məlumata görə, bu dövlətlərə Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən