''HƏMAS-ın Qəzzadakı tunelləri məhv ediləcək'' - Katz

 15:24 12.10.2025     251

Qəzzada HƏMAS-a məxsus bütün tunellərin dağıdılması üçün orduya hazırlıqlara başlamaq göstərişi verilib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.

“Girovların geri qaytarılması mərhələsindən sonra İsrailin əsas vəzifəsi Qəzzadakı HƏMAS tunellərinin tam məhv edilməsidir. Bu, birbaşa İsrail Müdafiə Qüvvələri tərəfindən və ABŞ-ın rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə həyata keçiriləcək”, – Katz bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən