Rusiyada Türkiyə təyyarəsi mikroavtobusla toqquşdu

 21:00 12.10.2025     275

İrkutsk hava limanında Türkiyənin "Zafer Air" aviaşirkətinə məxsus, Şanxaya uçuşa hazırlaşan "Gulfstream" təyyarəsi qanadı ilə mikroavtobusa çırpılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat verib.

Prokurorluğun məlumatına görə, təyyarədə və ya mikroavtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb, lakin reysin uçuşu ləğv edilib.

Baykal-Ankara Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi qaydalarına əməl olunması ilə bağlı araşdırma aparır.

Vumart və Güvən reklamı Vumart Güvən