ABŞ-də gecə klubunda atışma 4 nəfərin həyatına son qoydu

 21:07 12.10.2025     236

ABŞ-nin Cənubi Karolina ştatının Müqəddəs Yelena adasındakı bir gecə klubunda səhər saatlarında atışma baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Byufort dairə şerifinin ofisi məlumat verib.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, azı 20 nəfərin yaralandığı bildirilir.

Yaralılardan dördünün vəziyyəti ağırdır. Polisin atışma ilə bağlı araşdırma aparır.

Vumart və Güvən reklamı Vumart Güvən