Taksimin məşhur tramvayında yanğın baş verdi

 23:04 12.10.2025     202

İstanbulun Taksim Meydanı ilə Beyoğlu tuneli arasında hərəkət edən nostalji tramvayında qısaqapanma səbəbilə yanğın baş verib.

Redaktor.az xəbər verir ki, tramvayın maşinisti dərhal müdaxilə edərək alovu söndürüb. Hadisədən sonra tramvay depoya aparılıb.

Qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən