Lekornyu yeni Fransa hökumətini formalaşdırdı

 23:35 12.10.2025     219

Fransanın yeni təyin olunan baş naziri Sebastien Lekornyu yeni hökuməti formalaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Yelisey Sarayına istinadən BFMTV məlumat yayıb.

Yeni kabinetdə Jan-Noel Barrot xarici işlər naziri vəzifəsini saxlayıb, sabiq əmək və səhiyyə naziri Ketrin Votrin silahlı qüvvələr naziri olub, Paris polisinin prefekti Loran Nunes isə daxili işlər naziri təyin ediliv. 

İqtisadiyyat və maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Roland Leskür və ədliyyə naziri Cerald Darmanin də yeni kabinetdə öz vəzifələrini qoruya biliblər.

Vumart və Güvən reklamı Vumart Güvən