Rusiya və Çin arasında ticarət dövriyyəsi azaldı

 08:51 13.10.2025     211

2025-ci ilin ilk doqquz ayının nəticələrinə görə, Rusiya və onun əsas iqtisadi tərəfdaşı olan Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayımlaıyb.

Hesabat dövründə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 163,6 milyard dollar təşkil edib. Bunun 90,05 milyard dolları Rusiyanın Çinə ixracının payına düşüb ki, bu da illik müqayisədə 7,7 faiz azalma deməkdir. Çin isə Rusiyaya 73,6 milyard dollar dəyərində mal göndərib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz az olub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən