HƏMAS 7 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verdi

 09:36 13.10.2025     247

HƏMAS əsas mübadilə üçün qalan israilli girovların birinci qrupunu azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

Bildirilib ki, HƏMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır.

Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.

İsrail isə 1718 fələstinli məhbusu və ömürlük həbsdə olan 250 məhbusu azad edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən