Misir Prezidenti Trampa ölkəsinin ən yüksək mükafatını təqdim edəcək
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Donald Trampı Nil ordeni ilə təltif edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Misir Prezidenti rəsmi feysbuk səhifəsində paylaşım edib.
Rəsmi açıqlamada bildirilir ki, bu mükafat Trampın beynəlxalq münaqişələrin həllinə verdiyi töhfənin, eləcə də Qəzza zolağında müharibənin dayandırılması istiqamətindəki rolunun tanınması məqsədilə təqdim olunacaq.
Qeyd edək ki, Nil ordeni Misirin xarici dövlət xadimlərinə verdiyi ən yüksək mükafatlardan biridir və yalnız istisna hallarda təqdim olunur.
Aminə ŞAHSUVARQIZI













