"İranın nüvə obyektlərinə zərbələr olmasaydı, Qəzza ilə razılaşma mümkün olmazdı" - Tramp

 10:00 13.10.2025     199

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı sazişin əldə olunması İranın yayda nüvə obyektlərinə endirilən zərbələr sayəsində mümkün olub.

Redaktor.az bu barədə xarici mediaya istinadla əxbər verir. 

“Əgər biz İranın nüvə obyektini məhv etməsəydik və eyni razılaşmanı imzalasaq, onun üzərində çox qaranlıq bir bulud asılardı, insanlar küçələrdə sevinməzdi”, - deyə Tramp vurğulayıb.

O, qeyd edib ki, İranın zəiflədilməsi Fələstin hərəkatı HƏMAS-ı daha güzəştli olmağa vadar edib və bu da ərəb və müsəlman ölkələrinin Qaza ilə bağlı sülh sazişi imzalaması üçün şərait yaradıb.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən