Tramp İsraildə səfərdədir - VİDEO
ABŞ Prezidenti Donald Tramp İsraildə səfərdədir.
Redaktor.az CNBC-ə istinadən xəbər verir ki, ABŞ liderinin təyyarəsi Ben Qurion hava limanına enib.
Qeyd edək ki, ABŞ lideri israilli girovların ailələri ilə görüşəcək və İsrail parlamentində çıxış edəcək.
Tramp daha sonra Şarm əl-Şeyxdə Qəzza sammitində iştirak etmək üçün Misirə yola düşəcək.
D.Trampı hava limanında İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıb.













