ATƏT sədri sabah Ermənistana səfər edəcək

 11:19 13.10.2025     202

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen sabah Ermənistana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

ATƏT sədrinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş baş tutacaq, daha sonra birgə mətbuat konfransı keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən