“Rusiya hərbi cinayətlərinə görə cavab verməlidir” - Kallas

 11:42 13.10.2025     212

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Kiyevə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.

Kallası Kiyev vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiga qarşılayıb.

Aİ rəsmisi bildirib ki, “ukraynalılar öz cəsarətləri ilə dünyaya ilham verir” və onların dözümlülüyü Avropa İttifaqından tam dəstəyi tələb edir.

“Bu gün mən Kiyevdəyəm. Burada maliyyə və hərbi dəstək, Ukraynanın enerji təhlükəsizliyi və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunması məsələlərini müzakirə edəcəyik”, - Kallas qeyd edib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən