“ABŞ müharibə başlamaq niyyətində deyil, amma başlasa, qalib gələcək” - Tramp

 16:10 13.10.2025     222

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton yeni müharibələrə başlamaq niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bu barədə o, İsrail Knessetində çıxışı zamanı bildirib.

“Mən açıq şəkildə deyirəm: ABŞ heç bir müharibəyə başlamağı planlaşdırmır. Amma əgər belə bir zərurət yaranarsa, biz o müharibəni qazanacağıq”, - Tramp vurğulayıb.

O, ABŞ-nin güclü müdafiə imkanlarına malik olduğunu və ölkəsinin yalnız təhlükəsizlik maraqları təhdid olunduqda hərbi güc tətbiq edəcəyini qeyd edib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən