Ərdoğan güclü orduya sahib ölkənin lideridir - Tramp

 20:47 13.10.2025     224

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı dünyanın ən güclü ordularından birinə sahib ölkənin lideri adlandırıb.

Redaktor.az xəbər verir ki, Tramp bu fikirləri Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı səsləndirib.

"Mən mülayim insanları sevirəm, amma Ərdoğan dünyanın ən güclü ordularından birinin lideridir. O çətin insandır, lakin dostum olması məni xoşbəxt edir", - Ağ Ev rəhbəri vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən