Bu ölkədə güclü zəlzələ olacaq - Alimlərdən XƏBƏRDARLIQ
ABŞ-də San-Andreas və Kaskadiya fay xətləri boyunca eyni vaxtda zəlzələ baş verərsə, bu, Şimali Amerikanın tarixində ən böyük təbii fəlakətlərdən biri ola bilər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, San-Andreas fay xətti ilə Kaskadiya subduksiya zonası Kaliforniyanın qərbində, San-Fransiskodan təxminən 300 kilometr aralıda yerləşən Mendosino burnu yaxınlığında birləşir. Tədqiqatçılar bildiriblər ki, Kaskadiya şimala, San-Andreas isə cənuba doğru uzanır.
Oreqon Dövlət Universitetinin fəxri professoru Kris Qoldfinqer qeyd edib ki, əgər hər iki fay xətti eyni anda hərəkətə gələrsə, bu, təkcə Kaskadiya zonasında baş verəcək zəlzələdən daha genişmiqyaslı fəlakətə səbəb ola bilər. Onun sözlərinə görə, son 2,5 min il ərzində Kaskadiyada baş verən səkkiz güclü zəlzələnin hamısı San-Andreas xəttində də seysmik aktivliyi artırıb.
Nuriyyə NATİQQIZI













